Millimizin üzvü "Dnepr"ə qələbə qazandırdı - VİDEO

Millimizin üzvü "Dnepr"ə qələbə qazandırdı - VİDEO

Ukrayna Premyer Liqasında XXIII tur davam edir. Fanat.Az xəbər verir ki, Azərbaycan U-21-nin üzvü Dmitri Nağıyevin şərəfini qoruduğu “Dnepr” də növbəti oyununa çıxıb.

 

Dneprpetrovsklilər doğma meydanda “Jirka” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Nağıyev 33-cü dəqiqədə oyundakı yeganə qola imza atıb. Bu qələbə ilə xalını 13-ə yüksəldən “Dnepr” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, federasiyanın qərarına əsasən, komandanın 12 xalı silinib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər