Millimizin üzvü qol vurdu, alman klubuna xal qazandırdı

Millimizin üzvü qol vurdu, alman klubuna xal qazandırdı

Millimizin yeni üzvü Renat Dadaşov “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Frankfurt təmsilçisi öz meydanında “Hoffenhaym”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıb. Renat Dadaşov isə matçın 76-cı dəqiqəsində komandasının bərabərlik qolunu vurub. 

Qeyd edək ki, Dadaşov ötən tur het-trik etmişdi. Qış fasiləsində "Ayntraxt"a transfer olunan futbolçu bu komandanın heyətində 5-ci qolunu vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər