Millimizin üzvü klubsuz qaldı

Millimizin üzvü klubsuz qaldı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev Ukraynanın "Minay” klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, Nuriyev Ukrayna mətbuatına açıqlamasında klubsuz qaldığını bildirib.
 
Nuriyevin qeyd edib ki, artıq azad agentdi: "Minay”ın Premyer Liqanı tərk etdi. Bunun səbəbləri haqqında mən danışa bilmərəm. Klubdan ayrılmışam və azad agentəm. Sözün düzü, indi gələcəyimlə bağlı konkret nəsə yoxdu. Karyeramı daha da inkişaf etdirəcəyim klubda davam etdirmək istərdim. Bu klubun Ukrayna və ya başqa bir çempionatda olmasının fərqi yoxdur. "Kolos”a keçəcəyim barədə xəbərlər sadəcə söz-söhbətdir”.
Nuriyev mövsümün sonunda aldığı zədəsinin sağalmaqda olduğunu vurğulayıb: "Düşünürəm ki, bir həftə sonra məşqlərə başlaya biləcəyəm. Buna görə Azərbaycan millisinin düşərgəsinə gedəcəyəm. Amma böyük ehtimalla Türkiyə yğması ilə Alanyadakı yoldaşlıq matçında forma geyinə bilməyəcəyəm”.
Qeyd edək ki, Anatoli Nuriyev 2018-ci ildən "Minay”ın uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə Ukrayna Premyer Liqasında 22 matçda forma geyinib və 10 qola imza atıb. Bununla da o, komandasının ən məhsuldar futbolçusu olub. Lakin "Minay” 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu yeri tutub. Bu komanda növbəti mövsümdən aşağı liqada mübarizə aparmalı olacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər