Millimizin üzvü evə 2 qız çağırdı, qarət olundu

Millimizin üzvü evə 2 qız çağırdı, qarət olundu

Azərbaycan milli komandasının və "Araz Naxçıvan" klubunun futzalçısı Fineo de Araujo qarət olunub.

"Report"un məlumatına görə, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib.

Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər