Millimizin üzvü "Ayaks"a qarşı 73 dəqiqə oynadı

Millimizin üzvü "Ayaks"a qarşı 73 dəqiqə oynadı
Hollandiya birinci divizionunda XXV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi "Den Boş” "Ayaks"ın ikinci komandasını qəbul edib. Görüş qonaq komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayana Ziya Əzizov 73-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki,  "Den Boş” 35 turdan sonra 44 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər