Yığmamızın şüarı açıqlandı

Yığmamızın şüarı açıqlandı
Futbol üzrə Azərbaycan milli komandasının yeni şüarı açıqlanıb. 
Fanat.Az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, "BİZ BİRLİKDƏ GÜCLÜYÜK!" şüarıdır. 
Yığmanın oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək. AFFA onların mənəvi dəstəyini hiss etdirmək məqsədi ilə yeni mövsümdə millinin köhnə-yeni şüarından istifadə edəcək. 
Qeyd edək ki, Millətlər Liqasının ilk turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan komandası 3 gün sonra səfərdə Kiprin qonağı olacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər