Millimizin sabiq üzvü qol vurdu, komandası uddu

Millimizin sabiq üzvü qol vurdu, komandası uddu

Türkiyənin PTT 1-ci liqasında XIII tura start verilib. Fanat.az хəbər verir ki, A millimizin sabiq üzvü Ufuk Budak və U-21-in keçmiş oyunçusu Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" "Elazığspor"u qəbul edib.

Oyun Qaziantep təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk Budakla Umut Sönmez start heyətində yer alaraq sonadək oynayıb. Umut 57-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, "Qaziantep BB" 13 turdan sonra 21 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər