Millimizin sabiq üzvü Finlandiya klubunda

Millimizin sabiq üzvü Finlandiya klubunda

19 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Cem Fələk Finlandiyada çıxış edə bilər. Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Rovaniemi” klubunun düşərgəsindədi.

Finlandiya klubu Cemi sınaqdan keçirir. Onunla bağlı qərar yaxın günlərdə veriləcək. Gənc futbolçu baxışdan uğurla keçsə, müqavilə imzalanacaq.

 

Qeyd edək ki, vaxtilə “Xəzər Lənkəran”la da müqavilə imzalayan Cem Fələk Almaniyanın “Ayntraxt” (Frankfurt), “Bohum”, Şotlandiyanın “Aberdin”, Türkiyənin “Antalyaspor”, "Karagümrük" klublarında top qovub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər