Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun forma geyindiyi "Germaniya Halberştadt" bu turda "Budissa Bautzen"i qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan və 86 dəqiqə oynayan Rüfət 70-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb.
Bu millimizin sabiq üzvünün cari mövsümdə 4-cü qolu olub. O, ötən tur "Herta II" ilə oyunda dubl etmişdi. Dadaşov cari mövsümdə digər qolunu ötən ilin sentyabrında "Optik"in qapısına vurmuşdu.
Qeyd edək ki, Regional Liqanın "Şərq" zonasında çıxış edəqn "Germaniya Halberştadt" 22 turdan sonra 13 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.az