Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu

20 yaşadək voleybolçu qızlardan ibarət komandamız Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Fanat.Az xəbər verir ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq.

Millimiz Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

AÇ-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər