Millimizin rəqibi iki sınaq matçına çıxacaq

Millimizin rəqibi iki sınaq matçına çıxacaq

Futbol üzrə Slovakiya yığması 2022-ci ilin əvvəlində iki yoxlama oyunu keçirəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.   Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Slovakiya yığması Norveç və Finlandiya ilə üz-üzə gələcək. Ştefan Tarkoviçin çalışdırdığı kollektiv martın 25-də Norveçin paytaxtı Osloda meydan sahibləri ilə qarşılaşacaq. Bundan 4 gün sonra isə İspaniyanın Mursiya şəhərində Finlandiya ilə görüş baş tutacaq.   Azərbaycan millisinin Slovakiya ilə ilk oyunu 2022-ci il iyunun 10-da Bakıda, ikinci görüşü isə sentyabrın 22-də səfərdə baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər