Futzal millimizin qapıçısı Rövşәn Hüseynli fair-play hәrәkәti ilә yadda qalıb.
Fanat.Az-ın məlumatına görə, Kolumbiyada keçirilən dünya çempionatında İran millisi ilə oyun zamanı topdaşıyan uşağa əsəbləşən və ona etirazını emosional şəkildə bildirən qapıçımız daha sonra səhvini düzəldib.
O, topdaşıyan uşağa yaxınlaşıb və üzündən öpərək onun könlünü alıb.
Qeyd edək ki, Rövşən Hüseynli dünya çempionatında 43 qurtarış etməklə 3-cüdür.
Fanat.Az