Millimizin oyununa havayı avtobus

Millimizin oyununa havayı avtobus

Bu axşam Dünya çempionatının seçmə oyununda millimizi qonaq edəcək Lüksemburq azarkeşlər üçün pulsuz avtobus ayırıb.

Fanat.Az xəbər verir ki, pulsuz servis yerli vaxtla saat 18:30-23:30 aralığında fəaliyyət göstərəcək.  Həmçinin, "Stade de Luxembourg"un parkinq xidməti də pulsuz olacaq. Bu xidmətdən stadiona giriş icazəsi olan, yəni bilet almış şəxslər istifadə edə biləcək.    Azarkeşlərdən peyvənd sertifikatı və ya "Covid-19" testinin mənfi nəticəsini göstərən arayış (72 saatlıq PCR və 48 saatlıq sürətli antijen testi) tələb olunur.

Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mirağa

Millimizin oyununa havayı avtobus

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər