Millimizin oyunu macarlara tapşırıldı

Millimizin oyunu macarlara tapşırıldı

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər