Millimizin oyunu fransalı hakimlərə tapşırıldı

Millimizin oyunu fransalı hakimlərə tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.

Fanat.Az xəbər verir ki, qarşılaşmanı FİFA referisi Bastyen Deşepi idarə edəcək. 

Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.

Sentyabrın 10-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq oyun saat 19:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər