Millimizin oyunlarının təqvimi Belarusa görə dəyişdirildi

Millimizin oyunlarının təqvimi Belarusa görə dəyişdirildi

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib. 

Fanat.Az xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək.

Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya  və Latviya yığmaları mübarizə aparacaq.

Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan yaşıdlarına qarşı keçirəcək.    Azərbaycan – Xorvatiya 17 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00   Latviya – Azərbaycan 18 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər