Millimizin oyunlarında azarkeşlərin əvəzinə maketlər olacaq

Millimizin oyunlarında azarkeşlərin əvəzinə maketlər olacaq

Futzal üzrə Niderlandda keçiriləcək Avropa çempionatını azarkeşlər canlı izləyə bilməyəcək.

Fanat.Az xəbər verir ki, koronavirus pandemiyası üzündən futbolsevərlərin zallara girməsi qadağan olunub.

Əvəzində AVRO-2022-nin matçlarında tribunalarda maketlər yerləşdiriləcək.

Azərbaycan millisi qitə birinciliyində Gürcüstan (22 yanvar, 17:30), İspaniya (26 yanvar, 23:30) və Bosniya və Herseqovina (29 yanvar, 20:30) ilə mübarizə aparacaq. 

Yığmamızın iki legioneri - Eduardo Borqes və Rafael Vilela COVİD-19 testləri müsbət çıxdığı üçün hazırda Belçikada karantinə alınıb. Onların ən yaxşı halda, İspaniya ilə matçda seçməmizə kömək etmək ehtimalı var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər