19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların yeri açıqlanıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın yer aldığı 8-ci qrupun matçları 2021-ci il 8-17 noyabrda Lüksemburqda təşkil olunacaq.
Azərbaycan millisi bu qrupda İspaniya, Belçika və Lüksemburq seçmələri ilə mübarizə aparacaq.
Fanat.Az