Millimizin müdafiəçisi Polşanı Asiya ölkəsinə dəyişir

Millimizin müdafiəçisi Polşanı Asiya ölkəsinə dəyişir

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasından ayrılır.

Fanat.Az xəbər verir ki, bu barədə polşalı jurnalist Şimon Yançik özünün sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

O, Krivotsyukun karyerasını Cənubi Koreyada davam etdirəcəyini yazıb. 25 yaşlı oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmayıb.

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına 2021-ci ilin yayında təqribən 70 000 avro qarşılığında keçib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər