Millimizin məşqçisi özünü İngiltərə klubuna təklif etdi 

Millimizin məşqçisi özünü İngiltərə klubuna təklif etdi 

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Benito Karbone İngiltərənin "Bredford" klubuna müraciət ünvanlayıb.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2-ci liqa təmsilçisini çalışdırmaq arzusundadır.

Karbone sözügedən klubun sabiq baş məşqçisi Derek Adamsın istefaya göndərilməsindən sonra rəhbərliyə öz xidmətini təklif edib.

Qeyd edək ki, Karbone 2020-ci ildən Azərbaycan yığmasında işləyir. O, 2000 - 2002-ci illərdə futbolçu kimi "Bredford"da top qovub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər