Millimizin hücumçusu üçün mövsüm bitdi

Millimizin hücumçusu üçün mövsüm bitdi
Azərbaycan millisinin və Ukraynanın "Minay” klubunun hücumçusu Anatoli Nuriyev zədələnib.
 
Fanat.Az xəbər verir ki, 25 yaşlı forvard ciddi xəsarət alıb.
 
Bu barədə Anatolinin özü Ukrayna mətbuatına açıqlamasında məlumat verib.
 
Tibbi müayinənin nəticəsinin üzücü olduğunu bildirən futbolçu cari mövsümün onun üçün başa çatdığını söyləyib.
 
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mövsümün yekunlaşmasına 3 tur qalıb. Bu mövsüm 22 oyuna 10 qol vuran Nuriyevin komandası turnir cədvəlində sonuncudur.
 
Atilla
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər