Millimizin hücumçusu oynadı, komandası finala çıxdı!

Millimizin hücumçusu oynadı, komandası finala çıxdı!

Futbol üzrə Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da “Mafra” ilə münasibətlərinə aydınlıq gətirib.

Futbolçumuzun komandası bu rəqiblə öz meydanındakı qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılmışdı. Səfərdəki oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Renat bu görüşə start heyətdə başlayıb. Millimizin hücumçusu 55-ci dəqiqədə əvəzlənib.   “Tondela”nın finaldakı rəqibi “Portu” və ya “Sportinq” olacaq. Sözügedən komandaların ilk qarşılaşması “Portu”nun 2:1 hesablı qələbəsiylə yekunlaşıb   Kubokun final qarşılaşması isə mayın 22-də təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər