İsveçrə Super Liqasında 5-ci turun rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, “Qrasshopper”də çıxış edən Azərbaycan millisinin forvardı Renat Dadaşov da ən yaxşılar arasında yer alıb.
“Sion”la 2:2 hesabı ilə başa çatan matçda komandasının 2-ci qolunu vuran hücumçumuz 7,3 balla rəmzi yığmaya düşüb. Qeyd edək ki, Renat İsveçrə çempionatında 4 oyuna 3 qol vurub, 1 asist edib.
Mirağa