Millimizin hücumçusu İran klubunda - RƏSMİ

Millimizin hücumçusu İran klubunda - RƏSMİ

2021/22 mövsümünün sonunda “Sumqayıt"la vidalaşan Əli Qurbaninin yeni iş yeri bəlli olub. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan hücumçu İranın “Fulad” klubu ilə anlaşıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Qurbani 2020-ci ilin avqustundan “Sumqayıt”da çıxış edirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər