Millimizin hücumçusu hədəfdən yayındı, komandası...

Millimizin hücumçusu hədəfdən yayındı, komandası...
Millimizin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Ukrayna klubu səfərdə "Şaxtyor"la (Karaqanda) üz-üzə gəlib. Ukraynadakı oyundakı kimi, bu görüşdə də matçın əsas vaxtı qolsuz yekunlaşıb. 
Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibi penaltilər seriyası müəyyənləşdirib. Oyunsonrası penaltilərlə 3:1 hesablı qələbə qazanan Qazaxıstan təmsilçisi mərhələni adlayıb. 88-ci dəqiqədə oyuna qoşulan Nuriyev Ukrayna təmsilçisinin ilk penaltisini dəqiq yerinə yetirə bilməyib.
 
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər