Millimizin heyətində dəyişiklik

Millimizin heyətində dəyişiklik

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub. 

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Sadiq Məmmədzadə (“Səbail”), Ayxan Qocayev (“Sumqayıt”) və Həmzəalı Mikayılov (“Sabah”) millinin düşərgəsini tərk ediblər. Onların əvəzinə Davud Şabanov (“Zaqatala”), Okan Təhməzli (“Qəbələ”) və Nihad Cabbarov (“Sabah”) heyətə cəlb ediliblər.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər