17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raunduna hazırlıq çərçivəsində təlim-məşq toplanışı keçirəcək.
Fanat.Az xəbər verir ki, millimiz 8-14 mart aralığında Albaniyada baş tutacaq seçmə mərhələyə hazırlıq məqsədi ilə martın 1-dən 4-dək Bakıda hazırlıq keçəcək.
Seçmə oyunlar üçün heyət açıqlanıb. Milliyə dəvət olunmuş futbolçuların siyahısını və U-17-nin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
8 mart. Saat 17:30 Albaniya - Azərbaycan Elbasan Arena (Elbasan)
11 mart. Saat 15:00 Azərbaycan - Şimali Makedoniya Egnatia Stadionu (Rrogozhine)
14 mart. Saat 17:30 Azərbaycan- Şotlandiya Egnatia Stadionu (Rrogozhine)
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
1 Mustafazadə Rabiyə Xırdalan Siti 2 İsayeva Məryəm Gömrükçü 3 Mirzəyeva Aytac Neftçi 4 Hüseynli Fatimeyi-Zəhra Balxurma 5 Seyidova Müjgan Balxurma 6 Həsənova Aydan Neftçi 7 Piriyeva Şəkər Gömrükçü 8 Abbaszadə Lalə Neftçi 9 Adimova Lamiyə Qəbələ 10 Haqverdiyeva İntizar Neftci 11 Hacıyeva Mələk 8-RİOEUGİM 12 Həsənli Səma Qəbələ 13 Məhərrəmli Fatimə Gömrükçü 14 Hacıyeva Əsmayə 8-RİOEUGİM 15 Gencay Sheyma Nur Yukatel Kayseri (Türkiyə) 16 Kesmez Sumeyra Aksaray Spor (Türkiyə) 17 Yıldiz Gülbahar Yukatel Kayseri (Türkiyə) 18 Abdullayeva Pərişan Nuxa 19 Nəzərli Məsumə Neftçi 20 Əliyeva Röya Neftçi