Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının l qrupunda aprelin 5-də, saat 19:45-də səfərdə Macarıstan, aprelin 9-da, saat 16:00-da isə Bakıda İsveçrə yığma komandalarına qarşı oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçirəcək.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Aytac Şərifova - Trabzonspor (Türkiyə) 2. Nərgiz Əliyeva - Karadeniz Ereğli Belediyespor (Türkiyə) 3. Günay İsmayılova - Neftçi 4. Nigar Mirzəliyeva - Zenit 5. Nərgiz Hacıyeva - Trabzonspor (Türkiyə) 6. Manə Mollayeva - Neftçi 7. Ayşən Əhmədova - PAOK (Yunanıstan) 8. Alina Dorofeyeva - Yenisey (Rusiya) 9. Diana Məmmədova - Yenisey (Rusiya) 10. Fidan Cəfərova - Baku Juniors 11. Aysun Əliyeva - Neftçi 12. Vüsalə Hacıyeva - Amedspor (Türkiyə) 13. Firəngiz Teymurova - Neftçi 14. Jalə Məhsimova - Beylerbeyi Spor (Türkiyə) 15. Yeliz Acar - Fatih Vətən (Türkiyə) 16. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə) 17. Esra Manya - Beşiktaş (Türkiyə) 18. Kristina Bakarandze - Qalatasaray (Türkiyə) 19. Coşqunə Əliyeva - Neftçi 20. Sevinc Cəfərzadə - Eastern Flames (Səudiyyə Ərəbistanı) 21. Milana Rəhimova - Neftçi 22. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə) 23. Vüsalə Seyfəddinova - Olimpiada İmittou (Yunanıstan)