Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk şərəfini qoruduğu "Visla"nın (Plotsk) növbəti oyununu buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb.
Komandanın baş məşqçisi Pavol Stano Krivotsyukun zədə səbəbindən mayın 13-də "Krakoviya" ilə Ekstraklasanın XXXIII tur matçına da çıxmayacağını söyləyib. Polşalı baş məşqçi oyunçunun 100 faiz hazır olmadığını bildirib.
Qeyd edək ki, Krivotsyuk son olaraq aprelin 16-da "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduqları görüşdə meydana çıxıb. 24 yaşlı müdafiəçi bu matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb və növbəti tur Krakov "Visla"sı ilə qarşılaşmanı da buraxmalı olub.
Xatırladaq ki, "Visla" 32 turdan sonra 45 xalla 6-cı pillədə qərarlaşıb.