Bu gecə futzal üzrə dünya çempionatının yarımfinal mərhələsinə yekun vurulacaq. Fanat.Az xəbər verir ki, turnirin bu mərhələsinədək irəliləmiş Azərbaycan millisi dünyanın ən güclü 4 komandası sırasına adını yazdırmaq uğrunda mübarizə aparacaq.
Komandamızın rəqibi Portuqaliya millisi olacaq. Bakı vaxtı ilə saat 03.00-da başlayacaq qarşılaşma Kolumbiyanın Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman salonunda keçriləcək.
Qeyd edək ki, Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatının qrup mərhələsində Mərakeşi udub (5:0), İspaniyaya uduzub (2:4), İranla (3:3) "sülh" bağlayıb. Futzalçılarımız 1/8 final mərhələsində Tailanda qalib gəlib (13:8).
Onu da bildirək ki, artıq İran və Rusiya milliləri yarımfinala çıxıb. Bu gecə Bakı vaxtı ilə saat 00.30-da digər 1/4 final oyunu keçriləcək və Argentina Misirlə qarşılaşacaq.
DÇ-2016
Kolumbiya
1/4 final
03.00 Azərbaycan - Portuqaliya
Hakimlər: Serxio Kabrera (Kuba), Joze Katemo (Anqola), Xalid Hniç (Mərakeş).
Medellin. "Coliseo Ivan de Bedout".
Fanat.Az