Millimiz son 2 oyunu harda keçirəcək?

Millimiz son 2 oyunu harda keçirəcək?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsində keçirəcəyi son iki ev oyununun yeri dəqiqləşib.

 

Fanat.Az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası "doğma divarlar" arasındakı sonuncu iki matçına "Dalğa Arena”da çıxacaq.

 

Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul edəcək. Komandamız seçmə mərhələnin əvvəlki üç qarşılaşmasını da bu arenada keçirib. İrlandiyaya 1:3, Almaniyaya 0:7 hesabı ilə uduzan komandamız Kosovo ilə qolsuz heç-heçə edib.

 

Qeyd edək ki, 5-ci qrupda son matçını oktyabrın 16-da Norveçdə keçirəcək yığmamız 7 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər