Millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, B liqasında çıxış edən qızlarımız I qrupdakı son oyununda Şimali İrlandiyadan olan həmyaşıdları ilə qarşılaşıblar.

Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran Şimali İrlandiya qrupu lider kimi başa vurub. Eyni xala malik Malta 2-ci, 3 xalı olan Azərbaycan millisi 3-cü yeri tutub. Xalı olmayan Farer adaları isə sonuncu olub.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub - 1:2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər