Millimiz ilk qələbəsini qazandı

Millimiz ilk qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı altıncı sınağında Monteneqro yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da oynanılan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, hazırda Azərbaycan seçməsi 3 xalla sonuncu, Monteneqro isə 9 xalla 3-cüdür.

DÇ-2023-ün seçmə mərhələsi E qrupu

30 noyabr

Azərbaycan – Monteneqro 1:0

Qol: Ayşən Əhmədova, 24 Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya). Bakı. “Dalğa Arena”.

Qeyd edək ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki beş oyunun hamısından məğlub ayrılıb. Azərbaycan milli komandası Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər