Millimiz Gürcüstana qalib gəldi

Millimiz Gürcüstana qalib gəldi

Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığmamız A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb.

Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Vüsal İsayev (3) və Pərviz Qaraxanov (23) fərqlənib.

Milli komandamız bu nəticədən sonra 7 xalla liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.

Mayın 6-da başa çatacaq turnirdə qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər