Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində irəliləyib.

Fanat.Az xəbər verir ki, 1143 xala malik təmsilçimiz 3 pillə irəliləyərək 121-ci sırada mövqe tutub.

Canni De Byazinin yetirmələri buna  AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə edərək nail olub.

DÇ-2022-nin qalibi adını qazanan Argentina 1843 xalla zirvədə qalıbsa, mundialın finalında uduzan Fransa az fərqlə (1843) ikinci, Braziliya (1828) isə üçüncüdür.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər