Bu gün futzal üzrə Azərbaycan milli komandası AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, yığmamız Albaniya ilə qarşılaşıb.
B qrupundakı ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələn millimiz bu matçı da qalibiyyətlə başa vurub. Biro Jadenin yetirmələri 5:0 hesablı darmadağına seviniblər. Bu nəticə ilə birinci pilləyə yüksələn komandamıza liderlik üçün sonuncu - Macarıstanla oyunda heç-heçə də bəs edəcək.
Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla heç-heçə oynayıb.
"AVRO-2018"
Seçmə mərhələ
B qrupu, II tur
9 aprel
Azərbaycan - Albaniya 5:0
Qol: Everton Kardozo, 3. Eduardo, 26. Vasura, 28. Namiq Məmmədkərimov, 35. Xətai Bağırov, 36.
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya).
Bakı idman sarayı.
1. Azərbaycan220010:46
2. Macarıstan21106:54
4. Bosniya və Hersoqovina20116:71
3. Albaniya20023:90
Fanat.Az