Millimiz DÇ-də İranla "sülh" bağladı

Millimiz DÇ-də İranla "sülh" bağladı
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında VIII turun oyununu keçirib.
Fanat.Az xəbər verir ki, rəqib İran yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Komandanın heyətində Qədir Hüseynov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub.
Rauf Məmmədov rəqibini məğlub edib, Arkadi Naydiç isə uduzub.
İran - Azərbaycan 2:2
Parham Maqsudlu - Arkadi Naydiç 1:0
Puya İdani - Rauf Məmmədov 0:1
Amin Tabatabayi - Qədir Hüseynov 0,5:0,5
Əlirza Firuca - Nicat Abbasov 0,5:0,5
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan komandası 6-cı, İran isə 8-ci xalını qazanıb. Dünya çempionatına sabah yekun vurulacaq.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər