Millidə gərginlik: Hüseynli heyətdən kənarlaşdırıldı

Millidə gərginlik: Hüseynli heyətdən kənarlaşdırıldı

Qazaxıstanda təlim-məşq toplanışında olan Azərbaycan millisinin düşərgəsində gərginlik yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, futzal millisinin baş məşqçisi Joze Alesio da Silva qapıçı Rövşən Hüseynlini heyətdən kənarlaşdırıb.

Millidə gərginlik: Hüseynli heyətdən kənarlaşdırıldı Buna Qazaxıstanla dünən baş tutan yoldaşlıq görüşündə ehtiyatda qalmasına etiraz edən qapıçının braziliyalı mütəxəssislə mübahisəsi səbəb olub. Belədə Alesio sözügedən ölkə yığması ilə hazırda davam edən ikinci görüşdə Hüseynlinin adını protokola salmayıb. Nəticədə qapıda yenə Emin Kürdov dayanıb. 

Qeyd edək ki, Rövşən Hüseynli "Araz Naxçıvan" klubunda da Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər