Milli üzvü 90 dəqiqə oynadı, yenilgi gördü

Milli üzvü 90 dəqiqə oynadı, yenilgi gördü

Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Girəsunspor” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə "Hatayspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 45-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

"Girəsunspor” 33 turdan sonra 33 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər