Milli komandamızın heyətində dəyişiklik edildi

Milli komandamızın heyətində dəyişiklik edildi
Futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Fanat.Az xəbər verir ki, Namiq Məmmədkərimov və Fərid Atakişiyevin əvəzində Ramiz Çovdarov və İsa Atayev milli komandaya dəvət olunub.
Qeyd edək ki, Azərbaycan yığması 8-9 apreldə Bakıda, 10-12 apreldə Latviyada, 13-17 apreldə Serbiyada təlim-məşq toplanışı, toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər