Milli komandamız elit-raundda

Milli komandamız elit-raundda
Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının mübarizə apardığı IV qrupda son turun matçları baş tutub.
 
Qarşılaşmaları Albaniyada keçirilən qrupun 3-cü oyun günündə hər iki matç eyni vaxtda başlayıb. Millimiz meydan sahibləri ilə görüşüb.
 
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bununla da turniri 4 xalla başa vuran yığmamız qrup ikincisi olub.
 
Millimizin ikinci olmasında Ukraynanın İspaniyaya uduzması da rol oynayıb. 4 cavabsız qol vuran sonuncular 3-cü böyükhesablı qələbə ilə qrup qalibi olub. Vüqar Əsgərlinin baş məşqçisi olduğu yığmamız 2-ci yerin sahibi kimi elit-raunda vəsiqə qazanıb.
 
Qeyd edək ki, elit-raund 2018-ci ilin yazında keçiriləcək.
 

1

İspaniya

3

3

0

0

18-0

9

2

Azərbaycan

3

1

1

1

2-6

4

3

Ukrayna

3

1

0

2

5-6

3

4

Albaniya

3

0

1

2

0-13

1

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər