UEFA Millətlər Liqasında “Dördlər finalı”nın keçiriləcəyi ölkə bəlli olub.
Fanat.Az xəbər verir ki, yarışın həlledici mərhələsinə Niderland ev sahibliyi edəcək.
Bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb. Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək. Püşkatma mərasimi isə yanvarda baş tutacaq.
“Dördlər finalı”nda A Liqasında qrup qalibləri – Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaqlar.