Millət vəkili: “İdman mərc oyunlarında şəffaflıq sıfır səviyyədədir”

Millət vəkili: “İdman mərc oyunlarında şəffaflıq sıfır səviyyədədir”

“Azərbaycanda idman mərc oyunlarında şəfafflıq sıfır səviyyədədir”.

Fanat.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

“Elə etməliyik ki, idman mərc oyunlarından, lotereyalardan gələn gəlirlər vergilərdən yayındırılmasın. Qanuna ciddi nəzarət olmalıdır. Bu sahələr kifayət qədər gəlirli sahələrdir", - deyə o qeyd edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər