"Ümid edirəm ki, şərəfimə heykəl qoyulmasını haqq edəcəyəm"

"Ümid edirəm ki, şərəfimə heykəl qoyulmasını haqq edəcəyəm"

"Mançester Siti"nin hücumçusu Filip Foden gələcək karyerası barədə danışıb.

Fanat.Az xəbər verir ki, 4 dəfə İngiltərə çempionu olan 22 yaşlı futbolçunun dediklərini "Arab News" belə çatdırıb:

"Mən gəldiyim rayondan belələri az-az çıxır. Bunu bacardığım üçün fəxr edirəm. İndi harada olduğumu düşünəndə inanılmazı reallaşdırdığımı anlayıram. Hər şey elə tez baş verdi ki... "Siti"nin bir parçası olmaq mənim üçün şərəfdir. Gələcəkdə öz uşaqlarıma bu klubda keçirdiyim illərdən, qazandığım təcrübədən danışmaq istəyirəm. Ümid edirəm ki, məni burada əfsanə kimi xatırlayacaqlar və karyeramı bitirəndən sonra şərəfimə heykəl qoyulmasını haqq edəcəyəm. Hə, mən məhz belə olmasını istəyirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər