Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib: “Maksim Medvedev və Anton Krivotsyuk oynamayacaq. Düşünürəm ki, sabah meydana Dublindəki heyətə yaxın "11-lik" çıxacaq. Ümid sonda ölür. Amma biz daha çox faktlara fikir verməliyik. FİFA reytinqində 47-ci yerdə gedən komandaya qarşı yaxşı oynadıq. Baxımlı oyun göstərdik. İntensivliyi 90 dəqiqə qorumalıyıq. Son iki matçda meydana fərqli start heyəti buraxmağımın səbəbi sadədir. Avqustun 25-dən məşq edirdik. Ayın 30-da ölkə xaricində oynayan futbolçular bizə qoşuldu. Onları ikinci hissəyə saxlamışdıq. Fikrimcə, Lüksemburqa qarşı ilk hissədə pis oynasaq da, ikinci yarıda oyunumuzu tapdıq. Heç-heçə edə bilərdik. Təbii ki, Lüksemburq və İrlandiya ilə oyunlardan cəmi 1 xalla ayrılmağımızdan razı qalmaq olmaz. Amma əvvəlcə hansı qrupda mübarizə aparmağımıza baxmaq lazımdır. Düzdür, reytinqdə beşinciyik, amma bunun heç bir önəmi yoxdur. Cəmi 1 ildir bu komandaya rəhbərlik edirəm. Gələcəkdə mən olsam da, olmasam da, bu kollektivdən gələcək üçün yaxşı layihə alına bilər. İtaliya mətbuatına verdiyim müsahibə təhrif olunub. Mən demişəm ki, Portuqaliya və Serbiya birinci yer, İrlandiya, Azərbaycan və Lüksemburq isə 3-cü yer uğrunda mübarizə aparacaq. Kriştianu Ronaldu sabah bizə qarşı oynamayacaq. O, çox böyük oyunçudur. Amma rəqibin heyətində kifayət qədər güclü futbolçular var. Oyunçu baxımdan problemləri yoxdur. Təbii, futbolda hər şey ola bilər. Fernandu Santuş hələ də mənim hədiyyəmi verməyib. O, yığmaya mənim sayəmdə gəlib. Çünki məhz Albaniya millisi Portuqaliyaya qalib gəldikdən sonra Santuş milliyə baş məşqçi təyin olundu və məğlubiyyətsiz Avropa çempionluğunu qazandı. Ümid edirəm ki, sabah yenə mənə uduzacaq, amma komandasını qrup birincisi edəcək”.
"Ümid edirəm ki, Santuş yenə mənə uduzacaq" - De Byazi
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Milli
15:15
20.10.2026
Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişmədi
Azərbaycan futbolu
16:58
19.10.2026
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə bu heyətlə qatılacaq
Milli
00:03
18.10.2026
Ərzurumda Nəriman üçün dəyişən bir şey yoxdur
Azərbaycan futbolu
10:54
17.10.2026
Azərbaycan millisi məğlub oldu