"Ümid edirəm ki, o vaxta qədər hər hansı problemim və zədəm olmayacaq"

"Ümid edirəm ki, o vaxta qədər hər hansı problemim və zədəm olmayacaq"

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu AÇ-2024-də oynamaq istədiyini dilə gətirib.

Fanat.Az xəbər verir 38 yaşlı ulduzun dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:

"AÇ-2024-də oynamaqda qərarlıyam. Ümid edirəm ki, o vaxta qədər hər hansı problemim və zədəm olmayacaq.

Mən Portuqaliyanı tez tərk etmişəm. Amma Portuqaliya həmişə mənim evimdir. Portuqaliyalılar məni bütün oyunlarda dəstəkləyirlər".

Xatırladaq ki, Portuqaliya AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən keçirilən matçda Slovakiyanı 3:2 hesabı ilə yenərək turnirin final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. Ronaldu komandasının qələbəsinə dublla töhfə verib. Xal hesabını 21-ə çatdıran portuqaliyalılar J qrupunun lideridir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər