Meyvezer Makqreqoru bu dəfə belə ələ saldı - FOTO

Meyvezer Makqreqoru bu dəfə belə ələ saldı - FOTO
Beş çəki dərəcəsində boks üzrə sabiq dünya çempionu Floyd Meyvezer iki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqoru yenə ələ salıb.
Fanat.Az xəbər verir ki, Meyvezer ötən həftə Dastin Puarye ilə döyüş zamanı ayağı sınan Makqreqorun oyuncağının fotosunu "Instagram"da paylaşıb.
Oyuncaq Makqreqorun sol ayağını əyən Floyd fotonun altından düşündüklərini də yazıb:
"Əziz valideynlər, uşaqlarınıza öncədən Milad hədiyyəsi almağı və onlara "Ayağınız sınıbsa, vecinizə almayın. Sınmayan ayağın üstündə tullanmağı öyrənin, əclaflar" deməyi unutmayın.
 
Meyvezer Makqreqoru bu dəfə belə ələ saldı - FOTO
Xatırladaq ki, iyulun 10-dan 11-nə keçən gecə baş tutan qarşılaşmada - UFC 264-ün əsas döyüşündə Makqreqor 1-ci raundda ayağını sındırdığına görə qələbə Puaryeyə verilmişdi.
 
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər