"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Meyson Mauntun son vəziyyəti açıqlanıb.
Fanat.Az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, ötən ilin noyabrından zədəli olduğu üçün komandasına kömək edə bilməyən 25 yaşlı futbolçu kollektiv məşqlərə başlayıb.
Cari mövsüm MY forması ilə bütün turnirlərdə 12 matça çıxan Maunt 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat