Messidən yeni rekord

Messidən yeni rekord

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS liqasında rekorda imza atıb.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı superulduz buna bir mövsümdə 25 qolun vurulmasında iştirak etməklə nail olub.

36 yaşlı Leo bu sayda məhsuldar göstəriciyə ən qısa zaman kəsiyində çatan oyunçudur. O, 12 matçda 12 qol və 13 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. 

Messi 16 görüşdə 25 qolun vurulmasında iştirak edən meksikalı sabiq futbolçu Karlos Velanı geridə qoyub.

Qeyd edək ki, hazırda 35 xalı "İnter Mayami" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər