Məşqçi əks-hücumu dayandırdı, ara qarışdı - VİDEO

Məşqçi əks-hücumu dayandırdı, ara qarışdı - VİDEO

İspaniya Regional Liqasında son turun "Villaneva" - "Kolmenar" (1:1) matçında maraqlı hadisə yaşanıb. 

Fanat.Az xəbər verir ki, 90-cı dəqiqədə ev sahiblərinin əks-hücumunu meydana daxil olan qonaq komandanın köməkçi-məşqçisi İvan Abad Munoz dayandırıb.

Bundan sonra iki komandanın futbolçuları arasında qısamüddətli gərginlik yaşanıb. Matçın baş hakimi Munoza qırmızı vərəqə göstərib.

"Villaneva" sosial media hesabında bu barədə paylaşım edib: "Rəqib məşqçinin futbol dəyərlərini və ədalətli oyunu ləkələdiyi möhtəşəm bir matç".

Qonaq komandanın açıqlamasında isə  aşağıdakı ifadələr yer alıb: "Baş verənlərə görə üzr istəyirik. Məşqçimiz yolverilməz səhv etdi. Klub rəsmilərimiz baş verənlərə görə rəqib komandadan üzr istədi". Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər